Binəqədi Rayon icra Hakimiyyəti və Binəqədi Mərkəzi Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsinin 26-ci ildönümü”nə həsr edilmiş “And iç əsgər ” adlı tədbir keçirilmişdir.
Tədbirdə Rayon icra Hakimiyyəti başçısının müavin Aygün əliyeva, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin müstəntiqi, ədliyyə Polkovnik leytenantı Vaqif ismayılov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət idarəçilik Akademiyasının Professoru, Tarix elmləri doktoru, əməkdar müəllim Musa Quluzadə, Azərbaycanın Milli Qəhrəmanı ələsgər Novruzovun həyat yoldaşı, Xocalı sakini şəkibə Novruzova, BRiH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər idman idarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, rayon ictimaiyyətinin nümayəndələri, ASAN Könüllülər iştirak etdilər. Tədbir faciə qurbanların xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanıldı.
Tədbirin aparıcısı Xocalı faciəsi haqqında məlumat verdikdən sonra çıxış üçün söz Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin müstəntiqi, ədliyyə Polkovnik leytenantı Vaqif ismayılova verildi. Vaqif ismayılov Ermənistan rəsmilərinin münaqişə zamanı törətdikləri cinayətləri ört-bastır etdiklərini, Xocalı əhalisinə qarşı amansız vəhşiliklərə görə məsuliyyəti inkar etdiklərini, faktarı saxtalaşdırmağa çalışdıqlarını dedi. Daha sonra çıxış üçün söz Azərbaycanın Milli Qəhrəmanı ələsgər Novruzovun həyat yoldaşı Xocalı sakini şəkibə Novruzovaya verildi. şəkibə Novruzova həmin günlərin hər kəsin qəlbində və xatirələrində əbədi yaşayacağını söylədi. Natiq indi Azərbaycanın güclü rəhbəri və güclü ordusu olduğunu, düşmənlərin tezliklə laiqli cavablarını alacağına inandığını dedi. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət idarəçilik Akademiyasının Professoru, Tarix elmləri doktoru, əməkdar müəllim Musa Quluzadə Xocalı Soyqırımının 20-ci əsrdə baş vermiş ən dəhşətli insan faciələrindən biri olduğunu, bu faciənin sadəcə Azərbaycan əhalisinə qarşı törədilmədiyini, insanlıq əleyhinə törədilmiş ən qanlı cinayət olduğunu bildirdi.
Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva bu gün Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması üçün ölkəmiz tərəfindən böyük işlər görüldüyündən danışıb.
Natiq Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanıdılması üçün həyata keçirilən “Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının bu səpkidə atılan ən böyük addımlardan olduğunu dedi. Aygün əliyeva Aprel döyüşlərində ordumuzun göstərdiyi əzmin xalqımıza zəfərin düşmənə isə məğlubiyyətin yaxın olduğunu hiss etdirdiyi fikrini səsləndirdi .
Sonda tədbir iştirakçılarına Binəqədi Mərkəzi Mədəniyyət evinin “Poeziya dərnəyi”nin ifasında Mətanət Ulu şirvanlının əsərinin motivləri əsasında hazırlanmış “And iç əsgər” kompozisiyası təqdim edildi.
Belediyye.info